İmam cəmillidən İKİ ŞEİR
Ayılmadın.
Eşqini yoxlamağa, gətdim iman, ayılmadın.
Dolandım ətrafına,keçdi zaman, ayılmadın.
Həsrətim bitər dedim, məndə kamıma çataram,
Sən gedəli olmuşam,halı yaman, ayılmadın.
Baxanda gözlərinə, təlaş keçirmiş ürəyim,
Bilmədin kimdi doğru, kimdi yalan, ayılmadın
Bəxdimin üstünə çox, yağdı kədərin yağışı,
Ağladım hər gecə, mən qəlbi viran, ayılmadın.
Nə qədər zülmə düşüb, əzyyətini çəkmişə hey,
Çərxi fəğan eylədi, yazıq İmam, ayılmadın.
Gəlmişəm
Dolub--boşalmışam Kəlbəcər sənsiz,
Dağlarda olarmı dumansız çənsiz.
Pərişan olmuşam doğma Vətənsiz,
Şair qəlbin ovutmağa gəlmişəm,
Evimizə qayıtmağa gəlmişəm.
Bu ayrılıq aylar çəkdi il oldu,
Göz yaşımız axdı , axdı göl oldu.
Ayrılıqdan çoxu yandı kül oldu,
Ürəyimi, soyutmağa
gəlnişəm.
Evimizə qayıtmağa gəlmişəm.
Üz sürtürəm, torpağına daşına,
Canım qurban mənsiz keçən yaşıma.
Xudam, ziyarətıim gəlsin xoşuna,
Dərdlərimi dağıtmağa kəlmişəm,
Evimizə qayıtmışam gəlmişəm.
Dağlar bizdən küsüşmüşdü barışdi
Tərtər çayım İstisuyum danışdı,
Dərdim sərim sevcimə qarışdı,
Ağrilarmı azaltmağa, gəlmişəm,
Evimizə qayıtmağa gəlmişəm
Cəmilli nəyin var gözünə təpir,
Suyu torpağını başına səpir,
Tamarzı-tamarzı nə görsə öpür,
Xoş günləri ayltmağa gəlmişəm,
Evimizə qayıtmağa gəlmişəm.
21 07 2022