Qəşəm İsabəyli : - KİMİNDİR QARABAĞ

Ədəbiyyat 09:17 / 18.09.2024 Baxış sayı: 481

 

Uşaq da bilir ki, almışıq Qarabağı,

Qarabağı alınca əriyib ürəyimizin yağı!

Şəhidlərimizin qızıl qanı bahasına –

Almışıq!

Bir üzü gəlin,

Bir üzü qız

Oğul itirmiş anaların

Ürək parçalayan yasına – almışıq!

Almışıq...

Amma hələ də bizim deyil Qarabağ,

Bizim deyil! –

Nə göydə,

Nə yerdə,

Nə qəbirdə – nə gorda.

Hələ də bir qaçqın

Aparıb ölüsünü basdırmayıb orda!

17.09.2024