Şakir Xanhüseyn : - DOYURMAQ

Ədəbiyyat 10:02 / 27.12.2024 Baxış sayı: 382

 

bir nəğmə qanadında

uçur, ha uçur,

məhrəm duyğularla doyur ruhunu,

yahu!

buyur,

yollarla, yol getməklə

ayaqlarını doyur.

doyur əllərini bir gözəl işlə,

xoş sözlərlə, səslərlə

qulaqlarını doyur!

bir uşaq gülüşüylə,

dost gəlişiylə,

onların sevgisiylə doldur qəlbini-

doyur qəlbini...

əziz bir kəsinə sarılmağınla

elə etməli ki, qolların doya!

bir doğma üzə,

gözə baxmaqla

gözünü doyur,

özünlə özünü doyur, özünü!