Əbülfət Mədətoğlu : - Yada düşüb yaşamaq  - istədi

YAZARLAR 11:35 / 25.12.2024 Baxış sayı: 781

 

 

Sizi deyə bilmərəm, amma mən dünəndən -  nostalji duyğulardan heç ayrıla bilmirəm. Və çox qəribədir ki, o duyğular, o hisslər sorğusuz-sualsız axtarıb tapır məni və mən zaman-zaman o duyğuların içərisində dünənlə, itirdiklərimlə bir yerdə oluram, həmin dünyanın adamı kimi yaşayıram məni özünə çəkib aparan anı, hisləri…

Həyatda təsadüflər kifayət qədərdir. Bu yazının qələmə alınması da əvvəldən düşündüyüm və nə vaxtsa yazacağıma qərar verdiyim bir gerçəklikdir. Lakin yazının belə tez bilgisayara diktə edilməsi isə bir təsadüfün nəticəsidir. Yəni kitab rəfimdə səliqə-səhman işləri görəndə götürdüm bu kitabı, açdım və yazılmış avtoqrafa baxdım və sonra da həmin avtoqrafın yazıldığı tarixə diqqət yetirdim. 23 rəqəmi bir anlıq məni silkələdi. Elə bil tələsdirdi məni bu yazını yazmağa. Çünki kitabın müəllifi yazmışdı ki, «İnqilab İsaqdan Əbülfət Mədətoğluna. Var ol, qardaş! Yeni görüşlərədək. 23.06.2023».

Yadımdadı. İnqilab İsaq bu kitabı mənə «Ədalət» qəzetinin redaksiyasında təqdim edəndə mətbəədən təzəcə götürmüşdü və avtoqraf yazanda da məndən ayın tarixini soruşdu. 23-dü dedim. O da gülümsədi.. Təsadüfə bax, 23.06.2023!!!

İndi xatırlayıram o xatirəni. İndi həmin xatırlama məndən təkrar ayın tarixini soruşur. Özüm-özümə deyirəm. 23 dekabr!..

Hə, deyəsən 23 rəqəmi özündə nəyisə ifadə edir. Onun nə ifadə etdiyini mən artıq İnqilab İsaqa deyə bilməyəcəm. Çünki o yeni görüşlər vəd etsə də, vədini tutmadı, köçdü Tanrı dərgahına. Ruhu şad olsun. Mənə hər kitabını böyük həvəslə bağışlayıb və oturub həyatımızdan, ailəmizdən, yaradıcılığımızdan həvəslə söhbət etdiyim bir insan indi xatirədi. Amma onun bağışladığı kitab masamın üstündən baxır mənə. Sanki vərəqlər öz-özünə çevrilir və mən də şeirləri oxuyuram. Və oxuduqca da İnqilabın səsini  eşidirəm. Sanki o mənə deyir ki:

 

Getdiyim, yetdiyim mənzil qarşıda…

Yuxular gecəmə duzlanmış yara.

Sözümü sağlıqla yaşamaq üçün –

Ömür köçürürəm bu misralara.

 

«Yuxuların şirin vaxtı» adlanan kitabın ilk şeirinin son bəndidi bu. Bilmirəm, nədəndi, amma mənə elə gəldi ki, İnqilab bir şair kimi, bir duyğu adamı kimi hiss edibdi qarşıda onu gözləyəni. O gedəcəyi məkanın yaxınlığını. Elə ona görə də özünə də, sözünə də və onu gözləyənlərə də bir sağlıq arzu edib, sonra da deyib ki, sözümü sağlıqla deyirəm. Amma bu sağlıq sizin düşündüyünüz sağlıqdan deyil. Əlimdə badə deyil, qələmdi. Ona görə də iç dünyamı, düşüncələrimi, duyğularımı sizə sağlıq arzusuyla misralayıram.

Tez-tez şair dostlarla, ruh adamları ilə həmsöhbət olanda belə bir fikrin səsləndiyini və ona da hər kəsin öz baxış bucağından qiymət verməsinin şahidi oluram. Hamı deyir ki, şairlər, bütövlükdə ruh adamları bir az digər Allah bəndələrindən fəhmli olurlar. Sabahı, gələcəyi təxmin edə, düşünə bilirlər. Görünür, bu, həqiqətdi, gerçəklikdi. Çünki həqiqi şairlərin fikirləri zamanı qabaqlayır, söylədikdəri, yazdıqları, gələcəyin də sözü, yazısı olur. Deməli, fəhm, öncəgörmə, hissetmə kimi anlayışlar elə şairlərin də boyuna biçilib. Bax, İnqilabın kitabının ilk şeirində olduğu kimi. Mən bu kitabı vərəqlədikcə hər bir şeirin, hər bir misranın arxasında müəllifini görürəm. Ona görə ki, bu şeirlərdə səmimiyyət var, ürək çırpıntısı var. Və bu səmimiyyət, ürək çırpıntısı da şeirə çevrildiyi üçün oxucu ilə dil tapa bilir. Bu anlaşma isə bəzən oxucunu sırf düşünməyə vadar edir. Məsələn, onun «Taleyim» şeirində olduğu kimi:

 

Sözün də söz tutan vədəsi ötdü…

Alınır, allanır, yanaqlar indi.

Təzə-tər anlarım xəzan yelində –

Yaman hay-küydədi yamaqlar indi…

 

Sözə kül üfürən közün əlacı,

Nəfəsi qaralmış ocaq daşında.

Bacamı tüstüsü tale ovurmuş –

Kəlmə savaşında, söz savaşında.

 

İnadım asanca düşməz kilidə

Kölgəm də yan ötər bağlı qapıdan…

Soyuq günlərimin hirsi, qınağı,

Keçirər kölgəmi yeddi qatından…

 

Daha sağ əlim də soluna ögey

Bir can təkliyində – ayrı adamlar.

İçinin güzgüsü, haqqı sınanda…

Vurhavur bəzəyir bayrı adamlar.

 

Gör necə haldayam, gör necə gündə…

Əzaba, sevincə könül xətriyəm…

Toxunsan, incitsən, qanım tökülər

Mən öz taleyimin yanlış xəttiyəm…

 

Bu şeirdə təkcə fikrin, sözün bir-birini tutması yox, həm də bir-birini təqdim etməsi diqqəti çəkir. Oxuduqca çevrəmizdə, həyatımızda baş verənlərin necə rəngarəng, bəzən isə boz bulanıq olduğunu görməmək mümkün deyil. Bir xaotiklik, bir qarmaqarışıqlıq içərisində ömrü öz xəttində saxlamaq, talehini idarə edə bilməmək hünər istəyir adamdan. Çünki insanın içi ilə çölü üz-üzə gəlib, bir təzad var. Onun çözümü isə gerçəyi anlamaqdan keçir. İnqilab İsaq da məhz olduğu halın, durumun fövqünə qalxaraq etiraf edir ki, o talehinin yanlış xətti olsa da, amma əzaba da, sevincə də könüllü şəkildə qol açıbdır. Bu isə o deməkdir ki, şair gerçək həyatın hər halını yaşamaq gücündədi, dəyərləndirmək iqtidarındadı.

Ümumiyyətlə, İnqilab İsaqın bu kitabında mövzu rəngarəngliyi özünü asanlıqla göstərir. O, vətəndən də, sevgidən də, yazdığı ovqatın havasında mina axtarandan da, qazidən də, şəhiddən də yazmaq istedadını nümayiş etdirə bilir. Yəni onun üçün predmetlər yox, mövzular yox, ürək və ruh önəmlidi. Çünki ürəyinin və ruhunun hopduğu istənilən mövzu onun qələmində oxucu diqqəti çəkir. Ona görə də bir təsadüfdən qaynaqlanan yazının sonunda İnqilabın hələ 2019-cu ildə yazdığı «Yada düşüb yaşamaq» şeiri ilə bitirirəm:

 

Enir, ruhlara, enir

Yenə də şam işığı.

Unudulmaq, unutmaq –

Söz-könül barışığı.

 

Oyanır – Amin, Amin…

Göyün yerə kəlamı.

Bir dua salamıdı

İndi ümiddə hamı.

 

Qorxma, zaman körpədi

Qorxma, zaman qoç-qoça.

Bəlkə bu da ömürdü

Kimsə düşməyir yada.

 

Bütün üfüqlər uzaq…

Baxışlar ondan betər.

Yada düşüb yaşamaq

Tanrı sözünə yetər.

 

Şeirin sonuncu bəndindəki iki misra özü-özlüyündə şair İnqilab İsaqın nə qədər haqlı olduğunu təsdiq edir. Həmin bu iki misrada vurğulanıb ki,

Yada düşüb yaşamaq

Tanrı sözünə yetər!!! – Bax, gerçək budu. Nə vaxt yada düşürsən, nə vaxt anılırsan onda da yaşayırsan. Elə bu yazını başladığım andan bitirənə qədər və hələ düşünəcəyim nə qədər zaman boyunca İnqilab İsaqın yaşayacağına şübhəm yoxdur. Ruhu şad olsun.

 

Yada düşüb yaşamaq

 

Sizi deyə bilmərəm, amma mən dünəndən -  nostalji duyğulardan heç ayrıla bilmirəm. Və çox qəribədir ki, o duyğular, o hisslər sorğusuz-sualsız axtarıb tapır məni və mən zaman-zaman o duyğuların içərisində dünənlə, itirdiklərimlə bir yerdə oluram, həmin dünyanın adamı kimi yaşayıram məni özünə çəkib aparan anı, hisləri…

Həyatda təsadüflər kifayət qədərdir. Bu yazının qələmə alınması da əvvəldən düşündüyüm və nə vaxtsa yazacağıma qərar verdiyim bir gerçəklikdir. Lakin yazının belə tez bilgisayara diktə edilməsi isə bir təsadüfün nəticəsidir. Yəni kitab rəfimdə səliqə-səhman işləri görəndə götürdüm bu kitabı, açdım və yazılmış avtoqrafa baxdım və sonra da həmin avtoqrafın yazıldığı tarixə diqqət yetirdim. 23 rəqəmi bir anlıq məni silkələdi. Elə bil tələsdirdi məni bu yazını yazmağa. Çünki kitabın müəllifi yazmışdı ki, «İnqilab İsaqdan Əbülfət Mədətoğluna. Var ol, qardaş! Yeni görüşlərədək. 23.06.2023».

Yadımdadı. İnqilab İsaq bu kitabı mənə «Ədalət» qəzetinin redaksiyasında təqdim edəndə mətbəədən təzəcə götürmüşdü və avtoqraf yazanda da məndən ayın tarixini soruşdu. 23-dü dedim. O da gülümsədi.. Təsadüfə bax, 23.06.2023!!!

İndi xatırlayıram o xatirəni. İndi həmin xatırlama məndən təkrar ayın tarixini soruşur. Özüm-özümə deyirəm. 23 dekabr!..

Hə, deyəsən 23 rəqəmi özündə nəyisə ifadə edir. Onun nə ifadə etdiyini mən artıq İnqilab İsaqa deyə bilməyəcəm. Çünki o yeni görüşlər vəd etsə də, vədini tutmadı, köçdü Tanrı dərgahına. Ruhu şad olsun. Mənə hər kitabını böyük həvəslə bağışlayıb və oturub həyatımızdan, ailəmizdən, yaradıcılığımızdan həvəslə söhbət etdiyim bir insan indi xatirədi. Amma onun bağışladığı kitab masamın üstündən baxır mənə. Sanki vərəqlər öz-özünə çevrilir və mən də şeirləri oxuyuram. Və oxuduqca da İnqilabın səsini  eşidirəm. Sanki o mənə deyir ki:

 

Getdiyim, yetdiyim mənzil qarşıda…

Yuxular gecəmə duzlanmış yara.

Sözümü sağlıqla yaşamaq üçün –

Ömür köçürürəm bu misralara.

 

«Yuxuların şirin vaxtı» adlanan kitabın ilk şeirinin son bəndidi bu. Bilmirəm, nədəndi, amma mənə elə gəldi ki, İnqilab bir şair kimi, bir duyğu adamı kimi hiss edibdi qarşıda onu gözləyəni. O gedəcəyi məkanın yaxınlığını. Elə ona görə də özünə də, sözünə də və onu gözləyənlərə də bir sağlıq arzu edib, sonra da deyib ki, sözümü sağlıqla deyirəm. Amma bu sağlıq sizin düşündüyünüz sağlıqdan deyil. Əlimdə badə deyil, qələmdi. Ona görə də iç dünyamı, düşüncələrimi, duyğularımı sizə sağlıq arzusuyla misralayıram.

Tez-tez şair dostlarla, ruh adamları ilə həmsöhbət olanda belə bir fikrin səsləndiyini və ona da hər kəsin öz baxış bucağından qiymət verməsinin şahidi oluram. Hamı deyir ki, şairlər, bütövlükdə ruh adamları bir az digər Allah bəndələrindən fəhmli olurlar. Sabahı, gələcəyi təxmin edə, düşünə bilirlər. Görünür, bu, həqiqətdi, gerçəklikdi. Çünki həqiqi şairlərin fikirləri zamanı qabaqlayır, söylədikdəri, yazdıqları, gələcəyin də sözü, yazısı olur. Deməli, fəhm, öncəgörmə, hissetmə kimi anlayışlar elə şairlərin də boyuna biçilib. Bax, İnqilabın kitabının ilk şeirində olduğu kimi. Mən bu kitabı vərəqlədikcə hər bir şeirin, hər bir misranın arxasında müəllifini görürəm. Ona görə ki, bu şeirlərdə səmimiyyət var, ürək çırpıntısı var. Və bu səmimiyyət, ürək çırpıntısı da şeirə çevrildiyi üçün oxucu ilə dil tapa bilir. Bu anlaşma isə bəzən oxucunu sırf düşünməyə vadar edir. Məsələn, onun «Taleyim» şeirində olduğu kimi:

 

Sözün də söz tutan vədəsi ötdü…

Alınır, allanır, yanaqlar indi.

Təzə-tər anlarım xəzan yelində –

Yaman hay-küydədi yamaqlar indi…

 

Sözə kül üfürən közün əlacı,

Nəfəsi qaralmış ocaq daşında.

Bacamı tüstüsü tale ovurmuş –

Kəlmə savaşında, söz savaşında.

 

İnadım asanca düşməz kilidə

Kölgəm də yan ötər bağlı qapıdan…

Soyuq günlərimin hirsi, qınağı,

Keçirər kölgəmi yeddi qatından…

 

Daha sağ əlim də soluna ögey

Bir can təkliyində – ayrı adamlar.

İçinin güzgüsü, haqqı sınanda…

Vurhavur bəzəyir bayrı adamlar.

 

Gör necə haldayam, gör necə gündə…

Əzaba, sevincə könül xətriyəm…

Toxunsan, incitsən, qanım tökülər

Mən öz taleyimin yanlış xəttiyəm…

 

Bu şeirdə təkcə fikrin, sözün bir-birini tutması yox, həm də bir-birini təqdim etməsi diqqəti çəkir. Oxuduqca çevrəmizdə, həyatımızda baş verənlərin necə rəngarəng, bəzən isə boz bulanıq olduğunu görməmək mümkün deyil. Bir xaotiklik, bir qarmaqarışıqlıq içərisində ömrü öz xəttində saxlamaq, talehini idarə edə bilmək hünər istəyir adamdan. Çünki insanın içi ilə çölü üz-üzə gəlib, bir təzad var. Onun çözümü isə gerçəyi anlamaqdan keçir. İnqilab İsaq da məhz olduğu halın, durumun fövqünə qalxaraq etiraf edir ki, o talehinin yanlış xətti olsa da, amma əzaba da, sevincə də könüllü şəkildə qol açıbdır. Bu isə o deməkdir ki, şair gerçək həyatın hər halını yaşamaq gücündədi, dəyərləndirmək iqtidarındadı.

Ümumiyyətlə, İnqilab İsaqın bu kitabında mövzu rəngarəngliyi özünü asanlıqla göstərir. O, vətəndən də, sevgidən də, yazdığı ovqatın havasında mina axtarandan da, qazidən də, şəhiddən də yazmaq istedadını nümayiş etdirə bilir. Yəni onun üçün predmetlər yox, mövzular yox, ürək və ruh önəmlidi. Çünki ürəyinin və ruhunun hopduğu istənilən mövzu onun qələmində oxucu diqqəti çəkir. Ona görə də bir təsadüfdən qaynaqlanan yazının sonunda İnqilabın hələ 2019-cu ildə yazdığı «Yada düşüb yaşamaq» şeiri ilə bitirirəm:

 

Enir, ruhlara, enir

Yenə də şam işığı.

Unudulmaq, unutmaq –

Söz-könül barışığı.

 

Oyanır – Amin, Amin…

Göyün yerə kəlamı.

Bir dua salamıdı

İndi ümiddə hamı.

 

Qorxma, zaman körpədi

Qorxma, zaman qoç-qoça.

Bəlkə bu da ömürdü

Kimsə düşməyir yada.

 

Bütün üfüqlər uzaq…

Baxışlar ondan betər.

Yada düşüb yaşamaq

Tanrı sözünə yetər.

 

Şeirin sonuncu bəndindəki iki misra özü-özlüyündə şair İnqilab İsaqın nə qədər haqlı olduğunu təsdiq edir. Həmin bu iki misrada vurğulanıb ki,

Yada düşüb yaşamaq

Tanrı sözünə yetər!!!

– Bax, gerçək budu. Nə vaxt yada düşürsən, nə vaxt anılırsan onda da yaşayırsan. Elə bu yazını başladığım andan bitirənə qədər və hələ düşünəcəyim nə qədər zaman boyunca İnqilab İsaqın yaşayacağına şübhəm yoxdur. Ruhu şad olsun.