Bəhruz   Niftəliyev - “Hər şey yaxşı olacaq!”

Ədəbiyyat 21:10 / 27.12.2024 Baxış sayı: 418

 

Gülləri sənə sərdim,

Ürəyim sərasərdi,

Son cümlən, bir əsərdi,

“Hər şey yaxşı olacaq!”

 

Ya bu ömürü sar sayın,

Ya ümidi saxlayın,

Kəmərləri bağlayın,

“Hər şey yaxşı olacaq!”

 

Bu dünyanın düzünə,

Əyrisi nə, düzü nə,

Düz ölümün gözünə…

“Hər şey yaxşı olacaq!”

 

Səmadan göyə get sən,

Sinəmdə göynərtisən,

Son anda nə deyirsən

“Hər şey yaxşı olacaq!”

 

Nədir bu ömür axı?

Nədir bu ölüm axı?

Tanrı çəkib çarmıxı…

“Hər şey yaxşı olacaq”

27.12.24