Elnur Uğur Abdiyev : - Sən hökmünü verdin sevginin

Ədəbiyyat 21:20 / 27.12.2024 Baxış sayı: 360

Sən hökmünü verdin sevginin

O titrək səsinlə

Ölümün gözünə baxa- baxa.

Səsinə yas saxlamağa

Ürəyim də gəlmir.

O qədər həyati ki.

Adam yaşamaq istəyir dinlədikcə..

Sən səsin gəldikcə

Təsəlli oldun,

Umud oldun

Əbədiyyət yolçularına.

Adını kim qoymuşdu Hökümə?

Səsindəki hökmə

Qulaq asdıqca anladım.

Sevmək bir dəqiqə sonra

Özünün öldüyünü bilə- bilə

Özgəyə

Rahatlıqla narahat olmayın

Hər şey gözəl olacaq deməkdir.

Paylaş