Şakir Xanhüseyn : - AĞIL ilə HİSSİN şeiri

qoşa görmək lazım ağılla hissi,
duyğular incədi,
ya ağıl incə;
kaş hissin də yolu ağıldan keçə...
amma ki ağıl
düşünər bu çayı necə keçməli,
vurub çayı keçər- hiss ki bir dəli;
hiss bir yol tanıyır, ağılsa iki...
bir arada
tutula bilərmi ağıl ilə hiss,
hiss qışqırıq salır,
ağılsa səssiz...
hiss var xeyli dərin- ağıldan ötə,
olur,
ağıl durur hissin üstündə...
hiss nə, ağıl nədi ayrı-ayrı, tək,
onların suları
bir arxda gərək;
biri əl olmalı, biri də ətək...
aprel 2025