Rəfail Tağızadə : - Ağ göyərçin uçurtdum
Yurdumda bir yulğunam,
sərt külək döyür məni,
istimə qızınan yox,
tüstüm də söyür məni.
Yelləncəyim itibdi
yox olan buludumda,
sən nələr axtarırsan
didərgin umudumda?
Payız da bir həyatdı;
kiminə ikinci yaz,
qış qapını döyməmiş
üşüdür məni ayaz.
Nə sən gəldin, nə dünya
yaxşıya təzələndi,
ağ göyərçin uçurtdum,
başıma od ələndi.