Sabir Zəkullaoğlu : - Ən real  SEVGİ...

YAZARLAR 09:20 / 01.01.2025 Baxış sayı: 1204

Düşünürəm ən real sevgi azad çımiyyətlərdə yaşanan sevgilərdir.

Çünki azad çəmiyyətlərdə insanlar gərçəkdən də azaddırlar. Onların bir - birilərindən maddi aslılıqları yoxdur.

İnsanların bir-birlərindən iqtisadi və maliyyə asılılığı istər- istəməz həyatın bütün sferalarında öz təsirini göstərir.

Mental dəyərlərə tabe olub, ictimai qınaqdan qorxub çəkinən, hansısa dini dəyərlərlə yaşayan insanı sevib, onu özünə tabe etmək çox asandır...

Çunki müəyyən şərtlər çərçivəsində yaşayan insanların zatən bu çərçivəni aşmaq kimi bir lüksləri yoxdur.

Bu insanların sevgisi balinanın mədəsində hələ ki həzm olunma növbəsini gözləyən xırda balıqların azadlığı kimidir..

İnsanın təbii ehtiyacı olan seksual azadlığı, ödənilməsi mümkün olmayan, qeyri azad çəmiyyətlərdə, çox vaxt insanlar ailə qurmaq üçün yox, məhz seksual ehtiyaclarını ödəmək üçün evlənməyə məcbur olurlar. Yəni bu evlilik artıq qarşılıqlı sevgi üzərində deyil, sadəcə ehtiras üzərində qurulmuş olur. Və insanlar bir-birlərini sevməsələr belə, bir yerdə yaşamağa məcbur olurlar. Ayrılmaq fikrinə düşsələr, ilk ağıla gələn bu fikir olur, "el aləm bizə nə deyər"...

Ancaq sözun həqiqi mənasında azad cəmiyyətdə, hər an səndən qopub getmək imkanları olan, yaşadığı mühitdə heç bir içtimai qınaq kompleksi olmayan, iqtisadi və maddi cəhətdən heç bir asılılığı olmayan bir insana özünü sevdirmək, onun sevgisini qazanmaq, onun bu azad dünyada "azadlığını" əlindən almaq, onu özünə ram etmək gərçəkdən də qəhrəmanlıq istər..

Bax buna nail olan insan, məncə həqiqi sevginin nə olduğunu dadmış inasandır..

Altını cızaraq onu da qeyd etmək istəyirəm ki, bu məqamda qəhrəmanlıqdan daha çox, şans da öz sözünü deyir..