Ehtiram İlham : - ŞEİRƏ

Ədəbiyyat 10:39 / 02.01.2025 Baxış sayı: 794

Məni içirtməyin, yazmayım,

Yazığınız gəlsin şeirə.

O ayıq şairi oxuyun -

İçinizi sərsin şeirə.

 

Dalıb, təbiətdən yazsın qoy,

Susub, sükunətdən yazsın qoy,

Görüb, hökumətdən yazsın qoy,

Girə-girə girsin şeirə.

 

Qoy təəbəsi olsun vaxtın,

Qarşısında əyilsin taxtın.

Yoxdu ha, anasını haqqın

Ağladıb da gülsün şeirə.

 

Kim harda yolunu sapdı ki,

Nə yoğurub, nələr yapdı ki?

Ehtiram çörəkmi tapdı ki,

Canını da versin şeirə?!..

30.12.24.