Faiq Balabəyli : - BİRBAŞA
Salam olsun hər kəsə ilk günün soyuğunda
Noolsun ki qabaqda şaxta qalıb qış qalıb.
Doğrudur, gün görməyən gözümün oyuğunda
köhnə ildən bu ilə kiprik dolu yaş qalıb.
Arxam yoxdur, kimsəyə söykəyim kürəyimi
Bükülən, gücdən düşən qolumu, biləyimi
Dünyanın bütün dərdin daşıyan ürəyimi
Yəni görmək çətindir tənha durub, boş qalıb?
Bacasında tüstü yox ocağı sonüklərin
Qucağı soyuq olur, balası dönüklərin
Belədir çəkdikləum, bu cürdür gördüklərim;
sinəm boşalmış yuva, bu yuvada daş qalıb.
01.01. 2025