Kərasmət : - BATAQLIQDAN GÜL ƏTRİ GƏLMƏZ Kİ

YAZARLAR 10:17 / 14.09.2024 Baxış sayı: 725

 

Ədəbiyyatın

canına yağ kimi YAYILAN söyüşləri..

...haqq edirik, bu söyüşü "qazanmışıq"; İstər Elzanı tərifləyənlər-yol açanlar, istərsə də etirazçılar. İllərcə Ədəbi içtimaiyyətin çürüməsi haqqında özümü də işin içinə qataraq danışanda-yazanda, deyəndə, fikrimi bölüşəndə AYB daxili qərarla "arzuolunmaz" elan etdi, hətta "salam" və "bəyən"dən də qorxdular adına "dost" dediklərim, şəninə tost dediklərim...həmişəki kimi gülüdüm, gülürəm zavallılığa.

Bir yerindən bulaq-cəmiyyət durulmalıdı ki, həmişə bu missiyanı SƏNƏT yerinə yetirib: Dini-əxlaqi dəyərlər, hüquq-qanun əriyəndə SƏNƏTİN ƏDALƏTİ cəmiyyəti bataqlığa çevrilməkdən qurtarıb.

Elza səmimiyyətlə söyür, məgər ədəbi məmurlar öz ədalətsiz-vicdansız tutumlarıyla hamını, başda özləri öz ocaqlarını söymürlərmi.

Kimsə öz işiylə məşğul deyil. Ədəbiyyatçı təhsilin probıemlərindən, təhsil işçisi səhiyyədən, həkim də ədliyyənin problemlərindən danışır. Axı Kİşiliyi-mənliyi çatmaz ki, işlədiyi yerə bir balaca ədalətli etiraz etsin. Siyasətçi də İrandan danışır. Alverçilik.

Hamı depresyada oturub əlac gözləyir. Özün öz həkiminsən, N. Nərimanov demiş "Sən xəstəlik tərəfdəsənsə, kimsə səni sağalda bilməz."..

Türkiyədə 60 milyon antidepressiv dərman satılır, 84 milyon əhalisi var...indi bir 2 yaşlı, bir də 8 yaşlı qızcığaza təcavüzün şokunu yaşayır, əslində, heç nə birdən-birə baş vermir;

BATAQLIQ DA, GÜL BAĞÇASI DA.