Əşrəf Veysəlli : - DÜNYA
Yenə yalqzaqlar əlnə düşmüş
Bir sahib axtaran Qır Atdı dünya.
Keçəl Həmzələrin felinə düşmüş,
Koroğlusuz qalan bir atdı dünya.
Saçı güllələrlə daranan günü,
Bəyaz gecələri qaralan günü,
Odlu silahları yaranan günü
Özünə də ölüm yaratdı düya.
Oda yaxınlaşan rezin şardımı,
Qarda çiçəkdimi, suda qardımı,
Qorxunc yuxu görmüş uşaqlardımı,
Səksənə- səksənə qalıbdı dünya
Qəlbində həyacan, üstündə hədə,
Köksündə min yerdən qanaxma, zədə…
Ehtiyatlı olun söz deyəndə də,
İndi özü boyda barıtdı dünya!