Elnur Uğur Abdiyev : - Gəl şəkil çəkdirək

Ədəbiyyat 09:05 / 13.04.2025 Baxış sayı: 6478

Gəl şəkil çəkdirək

Örtək gülüşümüzlə acılarımızın üstünü.

Şəkillərdə,bəlkə də,xoşbəxt olur ancaq insan.

Yaxın dur,

Gülümsə

Mənə acıqlı da olsan.

Bu saxta həyat,

Onsuz da ağrılı şəkillərlə doldurub qəlbimizi.

Biz şəklimizi

Gülə- gülə çəkdirək

Adını qoyaq Sevda şəkli.

Sevənlər baxıb öyrənsin,

Ağlayanda gülməyi

Yıxılanda qalxmağı.

Gəl şəkil çəkdirək

Sən qız,mən oğlan uşağı.

Axsın qarın qanı isti nəfəsimizdə.

Pozulsun həyatın sərhədləri,

Şəkil çərçivəmizdə...