“Aşıq Yediyar obrazı təkcə "Qulp"un yox...”

MƏDƏNİYYƏT 11:56 / 18.11.2025 Baxış sayı: 1495

Xəbər verdiyimiz kimi, Şuşa Dövlət Musiqili Dram Teatrının direktoru, Əməkdar artist Yadigar Muradov vəfat edib. 

Yenises.az xəbər verir ki, professor Qulu Məhərrəmli aktyorun vəfatı ilə bağlı bunları deyib.

“Səhərimiz acı xəbərlə açılır... Şuşa Teatrının direktoru, istedadlı aktyor Yadigar Muradov vəfat edib. Onun yaratdığı Aşıq Yediyar obrazı təkcə "Qulp"un yox, bir ölkənin  sağlam yumorunun rəmzi idi. Şəxsiyyəti, səmimiyyəti, bir aktyor kimi duruşu onu çox populyarlaşdırmışdı. Allah rəhmət eləsin, ruhu şad olsun!”,- deyə o, bildirib.