Agamir Cavad - AXTAR

Ədəbiyyat 21:49 / 20.11.2025 Baxış sayı: 810

 

Sevgi gizlənpaç oyunu,

Mən gizlənim, sən axtar.

Gəz əslini, soyunu,

Saf eşqimə tən axtar.

 

Axtar yalan dünyanın

Talanmış haqq üzünü.

Eşqimi çıraq edib

Tap həyatda özünü.

 

Çalış, azma göyümdə,

Qəlbimi od, ocaq san.

Axtarsan, ürəyimdə

Allahı tapacaqsan.