Şakir Xanhüseyn - SON YEDDİ ŞƏHİDİMİZİN   ƏZİZ XATİRƏSİNƏ...

Ədəbiyyat 08:20 / 21.11.2025 Baxış sayı: 815

 

Budandı bir 7 budaq,

sızıldadı 7 kök...

7 ulduz birdən axdı,

sanki çat-çat oldu göy...

Elə bil sozaldı, soldu

7 ahəng, 7 rəng...

7777 yerə çək,

7-nin hər biri görk...

7 evin qəlbindəki

dərd hamının, hamının...

Şəkildə gözü dikilib

görüm, mənə hansının...

7 dağın od-atəşi,

hey dumanlı 7 dağ...

Alovlanır çatırtıyla

köksümdə 7 ocaq...

17.11.2021