Fərhad Tapdıqoğlu - Dad

YAZARLAR 08:10 / 21.11.2025 Baxış sayı: 891

                                                                                    Bir az da təbəssüm.

 

İşdən çıxandan sonra Dad--aş dostu Dad-o( əslində Dad-onun da sənədlərdə adı Dad-aş idi) ilə kababxanaya gedib ,kabab sifariş verdilər .

Yenicə yeməyə başlamışdılar ki, Dad-aş:

---Ay dad, həyat yoldaşım mənə zəng açıb ,deyib ki,evə tez gələrsən,dad-lı yeməklər bişirmişəm...Unutmuşdum az qala--həyəcanla dedi .

Dad-aş ayağa qalxdı,kababdan onun payına düşən məbləği ödəyib ( Dad-aş ilə Dad-o həmişə " nemetski sçotla",yəni "alman hesabı" ilə yeyib içirdilər) ,sağollaşıb ayrıldı.

Dad-aşın arvadı bir neçə adda xörək bişirmişdi.

Dad-aş bütün yeməklərdən dad-dı,ağzı dad-a gəldi...

Dad-aş dedi:

--Yediklərim hamısı dad-dı idi,amma aş çox dad-lıdlr ...

Ər -arbad şırın- şirin, dad-lı söhbətlər etdilər.

Dad-aş dedi:

--İnsan harada işləməsindən asılı olmayaraq işini mükəmməl bilməlidir .

Necə deyərlər

"Kamil bir palançı olsa da insan,

Yaxşıdır yarımçıq papaqçılıqdan"

"Dad yarımçıq əlindən".

Dad-aşın xanımı dedi:

---Doğrudur. İş öz yerində,amma hər kişi ailəsinə birinci növbədə dəyər verməlidir.Dad pis kişilərin əlindən .Dad dad-amal ( arzu olunmayan işə dad-anan,öyrəşən) kişilərin əlindən...Harasa dad-anıb,dad anan kişilərdən həzər...

Dad-aş dedi:

--Bəs arvadlar?!

Dad xörək bişirməyi belə yaxşı bacarmayan, tənbəl arvadların əlindən.

Dad deyingənlikləri ilə kişilərin baş-beynini aparan arvadların əlindən...

Allah,hamımızın dad-ına çatsın.Şükür, bizim ailə mehriban ailədir.

Dad-aş :

--Ey dad-i bi(e)dad, televizorda muğam axşamıdır.Az qala unutmuşdum-ayağa qalxdı.

Televizorun düyməsini basdı Dad-aş.Xanəndə oxuyurdu:

--Ey dad...ey dad...ey dad...

... Dad-aş və xanımı şirin ,dad-d(l)ı bir axşam yaşadılar...