Ələsgər ƏLİOĞLU : -DƏRDİM

Ədəbiyyat 08:50 / 15.08.2025 Baxış sayı: 2245

 

(Qoşmasayağı)

Gah dağa çəkirsən, gah da arana,

Bu oyun yaraşır axı harana?..

Yönüm asta-asta düşür dalana,

Qalıram döyükə-döyükə dərdim.

Səni qucağımda böyütsəm də mən.

Üzümə ağ oldun bilmirəm nədən...

Elə tovlayırsan...

Doğrusu səndən,

Istəmir ürəyim əl çəkə dərdim.

Yaxşı tanımısan mənim yaxamı,

Yanında çox zaman səsim çıxanmır...

Axtarıb tapmıram qaraçuxamı,

Dönmüsən ömrümdə bir yükə dərdim.

Necə qılığıma girib durmusan,

Qəmi üz-gözümə hörüb durmusan.

Çiynini irəli verib durmusan,

Qoymursan sevincim görükə dərdim.

14.08.2025