Bu gecəmizin şeri- Kamalə Abiyeva 

Ədəbiyyat 08:13 / 31.10.2024 Baxış sayı: 425

 

Yalançı ümid kimisən,

döymə pəncərəmi döymə.

yalançı ümid kimi sən

dəymə ürəyimə, dəymə.

 

Tapmadığım o izlərin

səbəbkarı olacaqsan.

Demədiyim o sözlərin

günahkarı olacaqsan.

 

Onsuz da nəmdi hər yerim,

islatma gəl məni yağış.

mən ürəyimə yığışdım,

sən də öz evinə yığış.