"Araz sahilində doğan günəş"

MƏDƏNİYYƏT 10:12 / 30.10.2024 Baxış sayı: 857

Teatrın yubiley töhfəsi 

Ötən əsrin çox mürəkkəb ictimai- siyasi proseslərinin cərəyan etdiyi bir vaxtda qardaş Türkiyədə Cümhuriyyətin elan edilməsi, nəinki o coğrafiyada, eləcə də, türkdilli xalqların tarixində ,taleyində yeni bir dövrün başlanğici olub. Odur ki, Cümhuriyyətin 101- ci ildonumü də geniş miqyasda, müxtəlif tədbirlərlə bayram əhval- ruhiyyəsində qeyd olundu.

İldönümü günü C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrında yaşanan qələbəlik də bu mənbədən qaynaqlanıb və teatrda muəllifi sair- dramaturq Həsənəli Eyvazlı olan " Araz sahilində doğan günəş" pyesinin, teatrın baş rejissoru Mir Qabil Əkbərovun quruluşunda təqdim olunması tamasaçılarin rəğbəti ilə qarşılanıb.

Qeyd edək ki, müəllifin Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinə həsr olunan səhnə əsərində həmin dövrdə ölkəmizdə, eləcə də, regionda baş verən geosiyasi hadisələr, muxtariyyətin yaradılmasında aparılan gərgin mübarizələr və qazanılan uğur tarixi faktlar işığında əksini tapır.