AY Bəniz Əliyar : - Yox olmaq nədir görən?
Yox olmaq nədir görən?
Ölüm bunca haqdı? Yox!
Bir var sağdı, bilirsən,
Bir də var ki, yoxdu! Yox!
Qızılı bir payızmı,
sarı yarpaqmı yoxluq?
Qara daşmı, qəbirmi,
soyuq torpaqmı yoxluq?
Qəlbində basdırdığın
gözündəki dirimi?
Əllərində boş qalan
əllərinin yerimi?
Yox olmaq nədir görən?
Ötən zaman,keçən il?!
Heç biri deyil axı,
heç biri deyil, deyil..!
Baxıram, yollarına
xəzəl düşüb bir yığın.
Hansı yönə bənd olub
çəkilməyən yoxluğun?