Məhərrəm Şəmkirli : - DEDİKLƏRİM

YAZARLAR 10:47 / 31.10.2024 Baxış sayı: 436

 

Kimlər üçün ölümün bir əhəmiyyəti yoxsa,həyatın da qədir-qiyməti yoxdur.

 

Bizim sağlamlığımız dövlətin baş ucalığıdır.

 

Budaq sınar,gövdə qalar.

 

Hərkəsdən narazı qalarsan,amma Tanrıdan narazılıq edə bilməzsən

 

Başqalarından fərqli insanlara həyat da fərqli rəngdə görünür.

 

Aktyor,müğənni tamaşaçıların alqışı ilə formalaşır,püxtələşir.

 

İnsanın  əbədiliyi onun fəaliyətindən asılıdır.

 

İnsan yer üzünün əşrəfi olduğu kimi həmi də,dağıdıçısıdır.

 

Köksümdə ocaq yanır,onu söndürməyə cəhd eləmə.Köksümə sığın,ondan pay götür.

 

Palıdın gövdəsinə qazdığımız adlarımız qaynayıb qarışdı,amma

biz biləşə bilmədik.

 

Gəncliyində ayrıldığın yurdu  qoca vaxtı görəndə göyüm-göynəyirsən.

 

Ot basmış cığırlar xatirələrdə yaşar.

 

Cəsədim torpağa yük olacaqsa,torpağa basdırman məni.

 

Qəbrimi qazmağa nə əqrabam var,nə də dostum.Tanrım,imkan ver qəbirimi özüm qazım.

 

Səhər işə gedib,axşam halal zəhmətlə evinə ruzu gətirən nə xoşbəxdir.

 

Payız gəldi,vətənimizdə kirayədə qalan quşlar çıxıb getdilər.

 

Buynuzda Musa Yaqubun qəbrinə salam verdim,əleykini palıtdan,vələsdən aldım.

 

Bu gün dünyanın qara daşının göyərən vaxdıdır.

 

Dünya savaşla düzələcəksə,onda qırın bir-birinizi.

 

Nəfsi böyüyən adamın özü kiçilir.

 

Bir ömür qoşa yaşayan yarpaqları payız küləkləri bir yerdə yerə tökdü və sonra qovub aralı saldı.

 

Tanrım,ehtiyatlı ol,bəndələrin göy üzünü də əlindən alacaqlar.

 

Yol verin,yol verin,Ağdama qatar gedir.

 

Sərhədd dirəyinin yerinə basdırın məni.Vətəni qoruyum.

 

Həmişə üzüyola olan ayaqlarım indi sözümə baxmır.

 

Mən tək deyiləm,atam,anamla olan xatirələrim də mənimlədir.

 

Sevgi nifrətə çevriləndə kədər özünü çatdırır.

 

Məğlubiyyətdən qələbəyəgedən yol yaman uzun olur.Ona görə də qələbəni əldən vermən!

 

Yurda gedən köç karvanının arxasınca hərqəbirdən həsrətlə bir şəhid baş qaldırır.