Əbülfət Mədətoğlu : - XATIRLATMA

Ədəbiyyat 08:45 / 31.10.2024 Baxış sayı: 409

 

Bax nə qədər yorulubdu gözlərim,

Səndən başqa, işığı da seçmir tay!..

Ağlamaqdan durulubdu gözlərim -

Kiprikləri yarıb bulud , keçmir tay...

 

Vərəqlənir göz yaddaşım anbaan,

Nəfəs dərib , arada bir, nəmlənir...

Uzaqlara qanadlanan xəyaldan -

Gözlərim də xumarlanır, dəmlənir...

 

Cığırları düyün düşən həyatın,

Naxışları köz dağıdı - basılıb...

Barmağınla toxunduğun, ay Qadın -

Ürəyimdi, kirpiyindən asılıb!