Bəhruz  Niftəliyev : - Bu eşqin ruhunu sən yaraladın.

Ədəbiyyat 10:04 / 12.04.2025 Baxış sayı: 780

 

Sözlər də küsübdü, izlər neyləsin?

Ürək yorulubdu, hisslər neyləsin?

Bükülən beldisə, dizlər neyləsin?

Bu eşqin ruhunu sən yaraladın.

 

Rənginə rəng qatdın, ahəng pozuldu,

Balaca yuxum da nəhəng yozuldu,

Nə qapım döyüldü, nə zəng vuruldu,

Bu eşqin ruhunu sən qaraladın.

 

Saçıma ağ etdin, ürəyimə qəm,

Buladın qəlbimdən üzərinə qan,

Çürütdün, öldürdün, eylədin matəm,

Bu eşqin ruhunu sən qara qadın.

11.04.25