Bəhram Bilaloğlu : -Nə qış kimi soyuqam...

Ədəbiyyat 11:09 / 03.08.2025 Baxış sayı: 6291

Nə qış kimi soyuqam,

Nə isti bir yayam mən.

Xəzanım da,yoxdu ki,

Deyim,

payız ətirli,

Sarı yarpaq, xəzələm.

Rəngim yaşıl da deyil,

Yaz adını qoyalar,

Bu vəhşi təbiətin,

Dadından da doyalar.

Şəkəri zəhər dadır,

Necə doysun zəhərdən,

Gənc yaşına çatandı,

Çıxa bilmir,şəhərdən.

Səkiləri yeriyib,

Xəyala dalır hərdən,

Fəsil ruhlu adamdı,

Necə doysun bəşərdən?!