Arzu Hüseyn : - Çay süzək axşam- axşam...

Çay süzək axşam- axşam,
Dəmli, ətirli olsun.
Sevgin mehriban olsun,
əli çətirli olsun,
Ağlasam islanmasın.
Gecə ulduzsuz gecə,
Gecə aysız gecədir.
Qaranlıqlar içində
İki cüt ala gözün,
Səhərə pəncərədir.
İlahi,elə et ki, bu adam
Məndən başqa
Birisinin olmasın…