Aləmzər Sadiqqızı : - Başımda dərddən çətir

Ədəbiyyat 12:21 / 15.08.2025 Baxış sayı: 2244

Başımda dərddən çətir

Yağ üstümə, yağ həyat ,

Başımda dərddən çətir.

Gəl bəh verim ömrümü...

Mənə bir ümid gətir ...

Məndən ağır qonağın,

Oldumu dərdin alım...?

Üzümə xoş baxmadın,

De, səndə necə qalım?

Sənə etirafım var...

Dəlicə sevdim səni!

Bəlkə bu üzdən, həyat,

Bu qədər üzdün məni...

Günəşdən Aya qədər,

Sevdim hər naxışını...

Qucaqladım dərdini,

Mən sarı baxışını...

Adımı qoydun Aləm... ,

Bağışladın zalıma...

Adını yazı qoydun,

Yapışdırdın alnıma.

8.8.2025.