Xatirə Rəhimbəyli - Yaman daş- kəsəkdi ömrün yolları
Ədəbiyyat
10:40 / 07.05.2026
Baxış sayı: 1422
Yaman daş- kəsəkdi ömrün yolları,
Gözlərin yol çəkmir ta mühəndisim ?
Kəsib cingiltisi qulaqlarının ,
Çatmir daha sənə qəlbin zəng səsi ?
Qatıb qabağına zamanın seli ,
Dünyanın nə qədər kövrəkləri var...
Keçib gələmmədim ,dövrəmdə borcun ,
Qəribim ,o qədər xəndəkləri var!!!
Nə qılınc qolum var, nə xəncər əlim ,
Dustaq bəxtin nedim ucqar köyündə?!
Götürüb asmışam gözümü göydən ,
Çıx yellən duamın yelləncəyində