Nazim Əhmədli : - DANTENİN SƏSİ

Ədəbiyyat 21:02 / 20.07.2025 Baxış sayı: 1445

 

İndi gecədən keçib,

nə səs, nə səmir yoxdu;

nə ağıl, nə huş qalıb,

nə də ki, səbr yoxdu;

daha çox-çox uzaqda,

məndən xəbərsiz nə var;

yetim-yetim göy üzü

yetim-yetim tanrılar;

gecə kömürdən qara,

küləklər əsib gəlir;

hardasa uzaqlardan,

Dantenin səsi gəlir;

göy üzü çalxalanır,

hardadı, dərd göndərən;

tanrılar savaşdadı,

mələklər pərən-pərən;

göy üzü inildəyir,

tanrılar nələr çəkir;

bir mələyin qanadı,

gözümü silib keçir;

kimə açım, danışım,

neyləyim günahımı;

bir qayığın içindən,

çağırıram ruhumu;