Əlizadə Nuri : - Dönürəm

Üst-başımdan yağış baxır,
Yol dayanıb, yoxuş baxır...
Üzümə bir ac quş baxır-
Bir ovuc dənə dönürəm...
Ayrılar məndən ayrılır,
Könül bədəndən ayrılır.
Şeytandan, cindən ayrılıb
O böyük dinə dönürəm.
Bir quru nəfəsdim, Allah,
İnildəyən səsdim, Allah.
...Bu dünyanı gəzdim, Allah-
İndi də sənə dönürəm...