Sabir Zəkullaoğlu : - İnkişafın özü yaxşıya yaxşı deməkdən keçir.

Yaxşı adam olmağın xərci ağırdır.
Yaxşı adam olmaq üçün vaxtını, pulunu, daxili enerjini, fiziki halını, bir sözlə maddi və mənəvi kapitalını xərcləməyə məcbursan.
Ancaq bu məcburiyyət o insanların qiymətini daha da artırır.
Çünki insan özünü yaxşı əməllərə, yaxşı niyyətlərə xərclədikcə maya dəyəri də qalxır.
Təbii ki, yaxşı insanlara qiymət vermək məsuliyyəti cəmiyyətin üzərinə düşür. Bəs bütün cəmiyyətlərin bu qiyməti verməyə idrakı çatırmı?
Düşünürəm ki, cəmiyyətin kamilləşməsi təkcə təhsildən keçmir. Bu həm də həmin cəmiyyəti təşkil edən millətlərin genekoduna bağlı bir şeydir.
Hər millətin spesifik, özünəməxsus bir genekodu vardır.
Mövzunu millətlər üzərində qurmaq istəməzdim.
Ancaq elə millət var ki, elə bil yaradan onları xəlq edəndə təyinatını elmi sahələr üzrə, elələri də vardır ki, onlara sırf döyüşmək üçün təyinat vermişdir.
Görünən o ki, millətlərin düşdüyü şərait onların hansı istiqamətdə formalaşmasını şərtləndirir.
Məsələn allı güllü rənglər, çalıb oynamaq elə bil hindlilərin boyuna biçilib.
Təbii ki, hər bir millətin içərisində yaxşı insanlar yox deyildir.
Əsas olan odur ki, cəmiyyət yaxşıyla pisi aird edə bilsin.
Çünki qiymətləndirmə doğru, düzgün olmazsa təbii olaraq yaxşıların nəsili kəsiləcəkdir. Və cəmiyyət bütövlükdə tərəqqidən düşəcək. Millət tarixin təbii inkişaf prosesindən kənırda qalacaq.
Bəzən inkişafın özü yaxşıya yaxşı deməkdən keçir.
Gəlin yaxşıları qoruyaq dostlar.
Yaxşılar olmasa dünyamız dağılar...