YANMAZ TELLƏRİNDƏ ƏLİMİN İZİ - yazdı  İdris Babayev

Ədəbiyyat 09:05 / 27.05.2025 Baxış sayı: 1573

 

Mən sağa gedərəm, sən isə sola,

Fələk ayıranda son anda bizi.

Cəhənnəm odunda alışıb yansan,

Yanmaz tellərində əlimin izi.

 

Şansı vermə əldən sən bilə-bilə,

Günahdan çıxmağa zaman var hələ.

Əl aç Yaradandan mərhəmət dilə,

Bəlkə bağışladı, sən dilbiməzi.

...

Axtar nicatını, axtar tövbədə,

Baxma günahkarlar çoxdu növbədə,

Ya burda növbə tut, ya da Kəbədə,

Ziyarət etməyə tələs İdrisi.