Kəramət  : - ."HƏR ADIN BİR TARİXİ OLMALI" taxma ad olmaz.

YAZARLAR 09:01 / 11.04.2025 Baxış sayı: 965

 

.-Böylə buyurdu Dədə Qorqud

10 İL ÖNCƏ

"Rüzgarın Kölgəsi" mənə dedi ki.

...bitməz-tükənməz...danışmaqla, o qədər ki, hər sözə "laf yetişdirən" mən sus-pus oldum o vaxtdan bəri...Özü də O ƏSƏRİ OXUMAĞI Q. Q. Markes bir müsahibəsində dodağından qaçırmışdı və mən o ƏSƏRİN izinə düşdüm...oxudum və ilk son dəfə...

MARKESDƏN

ƏSƏRDƏN

ƏDƏBİYYATDAN DA

HƏLƏ...HƏLƏ... ÖZÜMDƏN DƏ QORXDUM

Q. Q. Markesin "dodağından qaçırdığı"nı sonra heç harda bulamazsınız, onu bulsanız Markes olar heç nə...ona görə Qabo yəqin ki, peşiman olub ...hə Qabo yaxşı-rahat oxunan yazıçıdır, yəni "rahathülqum"..yəqin ki, ona görə bazarlanıb...

Bizim kəndimizin adı GÖYÇÖL-YƏNİ BÖYÜKÇÖL, ADIM DA KƏRAMƏT , neçə adda doğulmuşam? İlahi-Filan... neçə qızdan sonra doğulduğumdan bir sonsuz qarı verib bu adı-ALLAH KƏRAMƏTƏ GƏLDİ,-deyib...başqa ad qoyulubmuş, O QARI DEDİYİNDƏN adım belə qoyulub....

Sora ..sonra yox ha...iki-üç gündü ali təhsilə qədəm qoymuşuq, yataqxanada bir otaqda 3 nəfər qalırıq...birinci gündən bildim ki, bu-lar yemək nədir? bilmirlər, birinə siyahı üzrə bazarlıq eləməyi, o birinə də otağı təmizləməyi, özümə də yemək bişirməyi vəzifə olaraq ayırdım.

Dəhlizdə gedirəm, ümumi mətbəxə...qaz havayı yanır, su boşuna axər bağlayıram ki, nəyə lazım israf olmasın...hə bir qaramtul biri dayanıb ...təbi ki, bir-iki dəfə gedib-gəldim ümumi mətbəxə...o qaramtul oğlan orda...mən də həmişəki kimi axmaq adamam;

-NİYƏ DAYANMISAN BURDA?

-ŞƏFİYEV (KOMENDANT) YER VERMİR...

Qazanı götürüb qayıdanda,-Gəl mənimlə,-dedim və bizimlə yemək yedi, otaqdaşlarıma -Bizimlə qalacaq, adını da bilmədiyim tələbə yoldaşımız, ya mən də çıxıb gedəcəm.....

Təbi ki, O bizimlə qaldı... Gəncə Dram Teatrının yanında, Gəncə çayın sahilində də ev tutmuşdum, hərdən ora gedirdim, BUna da göstərmişdim....bu tipologiyada çox adam yoluma çıxıb, hamısına da əl tutmuşam, hamısı da özləriycə yağı kəsilib...

mənsə, görmürəm o daşları....HƏR HÜRƏN İTƏ BİR DAŞ ATSAYDIM, DÜNYADA DAŞ-KƏSƏK QALMAZDI...çox ciddiyə almayın hər şeyi, illah da ŞAİR TAYFASI ola...

Hə .."RÜZGARI KÖLGƏSİ"NDƏN QORXURAM, İNDİ QƏRAR VERDİM Kİ, BİR DAHA OXUYUM, QORXUMU YENİM, ƏSƏR HAQQINDA FİKRİMİ BÖLÜŞÜM.