Islam Türkay : - Dedilər

Ədəbiyyat 20:52 / 20.07.2025 Baxış sayı: 1422

Dedim:-- sevməmişəm hələürəkdən,

Güldülər,sözümə- "yalan" dedilər

Cavankən düşübdür saçlarıma fən,-

Mənə: "a yüz ildən qalan" dedilər...

 

Anlaya bilmədim düzü bu siri,

Varlığım yox oldu mən diri-diri...

Dinəndə sazımda "Kərəmi" , "Misri",

Mənə-- köhnə hava çalan, dedilər...

 

Bağa yolum düşdü --çırpındı ürək--

Gördüm aparırlar hey ətək-ətək.

Elə ki istədim mən də bir çiçək--

"Qoymayın!...Eylədi talan!" dedilər.

 

Qayıtdım...həyatdan qəlbim küsdü mü?-

Suallar qılınc tək kəsdi üstümü....

...dost, tanış elə bil görüb tüstümü

Hələ harasıdır, yan...yan! dedilər....