Buzlaqların altında gizli nüvə bazası aşkar edildi
NASA tərəfindən aparılan araşdırmalar zamanı Qrenlandiyanın buz təbəqəsi altında soyuq müharibə dövründən qalma gizli nüvə bazası aşkar edilib.
Yenises.az xəbər verir ki, NASA-nın Reaktiv Hərəkət Laboratoriyasının alimi Çad Qrin Qrenlandiyanın buz təbəqəsi üzərində uçan pilotsuz uçuş aparatının radar məlumatlarını araşdırarkən gözlənilməz bir quruluşla qarşılaşıb. Radar məlumatlarından və 3D modelləşdirmədən istifadə edilən araşdırmalar nəticəsində bu quruluşun Camp Century olduğu anlaşılıb.
İkinci Dünya Müharibəsi dövrü bazası olan Camp Century, 21 tuneldən ibarət 9800 fut uzunluğunda nəhəng yeraltı quruluşa malikdir və işlədiyi vaxt nüvə reaktoru ilə təchiz edilmişdir. Bazanın tikintisi zamanı rast gəlinən gözlənilməz problemlər layihənin iflasa uğramasına səbəb olub. Bu problemlər arasında insan tərəfindən istehsal olunan tullantıların buz təbəqəsinin altında yayılması və nüvə raketlərinin təhlükəsiz saxlanmasını və buraxılmasını qeyri-mümkün edən buz təbəqəsindəki hərəkətlər daxildir.
Baza tərk edildikdən sonra onun çox hissəsi buzlaqın ağırlığına tab gətirməyib. Nüvə reaktoru çıxarılsa da, ekoloqlar bazada saxlanıla biləcək təhlükəli tullantılardan narahatdırlar.