“Yağlıvənd: faciədən zəfərə”  filmi nümayiş olundu

MƏDƏNİYYƏT 09:00 / 26.11.2024 Baxış sayı: 3098

“Yağlıvənd: faciədən zəfərə” adlı sənədli filmi nümayiş olunub

Sabirabad rayon Mədəniyyət Mərkəzində keçirilən nümayişdə Mil-Muğan Regional Mədəniyyət İdarəsinin rəisi Faiq Xudanlı, Sabirabad Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Həsən Həsənov, filmin rejissoru və ssenari müəllifi Tağı Türk, mədəniyyət işçiləri, şahid ailələri, qazilər və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Filmdə Qarabağ müharibəsi zamanı Yağlıvənd kəndində baş verən hadisələr və xalqımızın bu çətin günlərdə göstərdiyi igidlik, birlik nümunələri təsvir edilir.

Birinci Qarabağ müharibəsi zamanı Füzuli rayonunun Yağlıvənd kəndində baş vermiş faciənin canlı şahidlərinin iştirakı ilə ərsəyə gələn film tamaşaçılar tərəfindən maraqla qarşılanıb.

Sonda idarə rəisi Faiq Xudanlı çıxış edərək filmin ərsəyə gəlməsində əziyyəti olan şəxslərə və gələn qonaqlara təşəkkür edib.