Xanım İsmayılqızı.: - Qoşqarıma...

Ədəbiyyat 08:46 / 07.12.2024 Baxış sayı: 1241

Ruhun şad olsun, mənim ruh əkizim, əzizim, yeri həmişə görünənim, əvəzedilməzim, dostum, sirdaşım, qardaşım, ürəyimdə qoruduğum, ruhunda qorunanım, Qoşqarım. Yaxşı ki, dünyaya və dünyama gəlmişdin...

 

Hardansa bir kəndir sallandı yerə,

Sənin qismətinmiş, qalx yavaş-yavaş.

Saatdan ataraq dəqiqələri,

Bircə saniyəyə yükləndin, qardaş.

 

Çəkisi ağırdı qəm havasının,

Əlini sıxmağa əlim gəlmədi.

Bu son səfərində dua edərək,

Yaxşı yol - deməyə dilim gəlmədi.

 

Nigaran qalaraq əzizlərindən,

Gəlibdi yanına balan - deyərsən.

Qardaş, mən yubandım, mənim yerimə,

Atama, anama salam deyərsən.