Tural  Cəfərli - Öyrət...

Ədəbiyyat 09:20 / 10.12.2025 Baxış sayı: 225

 

Hacı Axund Azer ə

 

Bu dərsi bilirəm, həm də əzbərdən,

Mənə bir daha baş qatmağı öyrət.

Günahsız olanlar məlum məsələ,

Mənə günaha daş atmağı öyrət.

 

Kağızda üşüyən misra kimiyəm,

Mənə ağızda söz olmağı öyrət.

Aləmi seyr edib, görə bilirəm,

Mənə bəsirət göz olmağı öyrət.

 

Qələmi tanıyır əlimin içi,

Mənə qəlbimi düz tutmağı öyrət.

Uzun bir yoldayam, qısa zamanda,

Mənə Allaha üz tutmağı öyrət.