Faiq Balabəyli - Qağayıların üzü küləyə uçmaqdan

Ədəbiyyat 09:10 / 10.12.2025 Baxış sayı: 309

Qağayıların üzü küləyə uçmaqdan

sinəsində tük qalmayıb,

qanadında lələk.

Hərdən də ağ köpükləri balıq bilib

suya şığıyır...

Dalğalar həddi buluğa çatmış qız

uşağıdı

Ayrılmaq istəyir dənizdən,

gedir-gedir qayıdır.

Sahildən, sahildəkilərdən qorxur.

Hərdən

hirsini avarlı qayıqlardan çıxır

Çırpılır onlara...

Eh, yosunlara nə var ki,

təmiz dəniz suyunda

yuyunub ətirləniblər.

Sahil boyu şeir misrası tək sətirləniblər.