Dana ilə Mərdanın itən danası  - Fərhad Tapdıqoğlu

YAZARLAR 08:52 / 10.12.2025 Baxış sayı: 319

Bir az da təbəssüm

 

Dan-anın ( Dür-dan-ə) əri Mər-dan mal bazarından bir dan-a aldı.

Bir neçə gündən sonra bu dan-a oğurlandı .

Mər-dan dan-anı axtara-axtara,soraqlaya-soraqlaya getdi...getdi...

Dan üzü idi.Mər-dan dan Ulduzuna da baxa-baxa getdi üzü dan-a...

Tapmadı Mər-dan dan-anı ...

Mər-dana xəbər çatdırdılar ki,dan-anı oğurlayan həmkəndlisi Şahmər-dan-dır.

Bərk hirsləndi Mər-dan.İstədi getsin yapışsın Şahmər-dan-ın yaxasın-dan,amma qorxdu ki,sübutu olmadığın-dan Şahmər-dan oğurluğu dan-a...

Amma ki getdi Mər-dan Şahmər-danın yanına .Təbii ki,Şahmər-dan oğurluğu boynuna almadı,dan-dı...

...Dan-a işə qarışdı.Dedi Mər-dana :

--Özüm gedərəm,bilirəm

neynərəm Şahmər-dan-a.Dava eləmək lazım gəlsə ,oğlumuz Xən-dan-ı da bu işə qoşarıq,birinci Dan qara kəmər sahibidir.

Getdi Dan-a .Birinci Şahmər-dan-gilin pəyəsinə baxdı,sonra girdi zirzəmilərinə baxdı.Baxdı və gördü dan-anın dərisini...İndi Siz təsəvvür edin işin gerisini...

Şahmər-dan mərdi-mər-dan-ə oğurladığını boynuna alsaydı əgər...

Amma...

Sahə müvəkkili Şahmər-dan-ı basdı dama...

...Vəziyyətdən hali olan-dan sonra Mər-dan-gilin darvazasın-dan çıxmaq istəyirdim ki,xalamoğlundan mənə zəng gəldi.Xalaoğlum dedi:

-- Orda nə gəzirsən gəl çıx dan-a( da,də) .Gedək könlümə dan-a basdırması düşüb ,gedək səni qonaq edim.

Mən etiraz etdim:

--Yoox,birdən o dan-a basdırması Mər-dan-ın aldığı,Şahmər-dan- ın oğurladığı ,Dan-anın dərisini tapdığı dan-anın ətindən hazırlanar ee...

Xalamoğlu:

---Narahat olma ,Şahmər-dan o dan-anın ətini "xod gedən" restoranların birinə verib yəqin.Müştərilər "Belorusski" araq-dan vurub,dan-anın ətindən yeyib,üstündən də mineral su içiblər...

Getdik ,yedik ,içdik...

Bir neçə gündən sonra Şahmər-dan dan-anın dəyərini ödədiyindən, dam-dan onu şərti azadlığa buraxdılar...

Getdim Mərdangilə.

Dananın pulunu aldığına görə süfrə açmışdı Dan-a xanım ( Dür-dan-ə)...

... Dan-a ilə Mər-dan dedilər ki,daha dan-a almayacaqlar,onlara düşmədi dan-a ,oğurlandı.

... Dan-anın əri Mər-dan getdi mal bazarına ,yanı balalı inək almağa.Pulsuz deyillər ki,pulları var dan-a( da,də)...

Aldı ,gətirdi...

Xeyrini görəsiniz Dan-a xanım, Mər-dan kişi! Mal oğrusu Şahmər-dan daha qorxusundan inəyinizə yaxın düşməz İnşallah...