Elnur Uğur Abdiyev - Bir gün qonağı olasan...
Bir gün qonağı olasan,
Qaynayan bulaq gözlərin.
Üzü qızara pul kimi,
Deyəmmədiyin sözlərin.
İçəsən baxışdan elə,
İçəsən sərməst qalasan.
Yuxu da olsa,eybi yox,
Yatasan ayılmayasan.
Durulub duru baxışda,
Ta içindən arınasan.
O bir cüt bulaq gözləri,
Əbədi sənin sanasan.
Özündən köçkün bir ruha,
O bir cüt göz Vətən ola!
Vətənə sevgin qədəri,
O da sənə məhrəm ola!