Şakir Xanhüseyn : - ŞAHƏ QALXMAQ

Ədəbiyyat 14:33 / 15.07.2025 Baxış sayı: 4286

ŞAHƏ QALXMAQ

şahə qalx, bir damcı su,

bil də, nədi ürəyimin arzusu...

əlim, şahə qalx,

şahə qalx, gördüyüm iş...

nə təlaş et, nə təşviş,

qələm, şahə qalx...

ay göz, bax

şahə qalx,

bir söz de şahə qalx,

ay dil, dodaq,

bükülü barmaq, şahə qalx...

dağ dibinə sığınmış bulaq,

sınıq budaq,

tənha söyüd, tək qovaq,

şahə qalxın...

şahə qalxın, çınqıllar, daşlar,

bərklər, boşlar, siz də...

evlər-eşiklər,

beşiklər, şahə qalxın.

yollar, körpülər,

qəlbimdə bir duyğu köpürər...

ağaclar, kök-kök, gövdə-gövdə,

şaxə-şaxə

şahə qalxın, şahə!..