Yadigar Təvəkgul - Sən də gəncliyimin parçası kimi...
Sən də gəncliyimin parçası kimi,
Qoydun ürəyimdə iz hara getdin.
Gəlmişdin ömrümə ümid verməyə ,
Bəs niyə könlümü tarimar etdin.
Əvvəl məlhəm oldun dərdi-sərimə,
Hər gün sığalladın qaysaqlarını.
Yenicə bitişmiş yaralarıma,
Niye tez keçirdin caynaqlarını.
Guya sevinc ilə gəlmişdin mənə,
Gəldin həsrətinə məni bələdin.
Bir ovuc məhəbbət ummuşdum fəqət,
Köhnə yaramı da təzə elədin.
Bilirdin özümə özüm dayağam,
Qırdın çəliyimi öz əllərinlə.
Ən zəif yerimlə sınadın məni,
Gör necə xoşbəxtəm "əməllərinlə",