Arzu Adadan ÜÇ ŞEİR
Bu karvanın yükü daşdı ...
Atır köçündən ...köçündən
İçimdə bir yalquzaq var
Yeyir içimdən. içimdən ..
Bu zamandı ...agır gedir
Bir bitməmiş nagıl gedir
Geri dönməz çagır ...gedir
Qalmır öcündən öcündən .
***
Küləklərin dəli əli
Döyür ...dəli qapıları
Gözü yolda gözləyirik
Gələn dəli çaparları . ...
Qoy dəli dəli baxmasın
İlahi agıl ver bu qıza .
Xarabada dərviş yoxmu
Gəlib bu yuxunu yoza. .
***
Tanrım mənə qüvvət ver
İçimdə tapım gücü.
Bir azca yavaşladım
Bu gedişi ..bu köçü. ...
Daha göz gözü görmür
Göy ələyir dumanı .
Gedirəm. sizə qalsın
Bu dünyanın yalanı .