Aysel Xanlarqızı Safarli - Sübhün gözlərini dua öpürdü...

Ədəbiyyat 07:51 / 17.11.2025 Baxış sayı: 960

Sübhün gözlərini dua öpürdü,

Təsbehlər adını zikr edirdi,

Minarələrdən

Tanrı nəfəsi axırdı…

Bir məsciddə Azan səsi

İsanı

doğurdu,

Çarmıxlar çiçək açmışdı.

Bütün dinlər

minbərə çıxmışdı

kəlimeyi- şəhadət

Gətirirək,

Şeytan daşlayan adamlartək

Mən də

Günahlarımı daşlayırdım

Səni sevərək…

Kirpiklərim yenicə

Səcdədən qalxmışdı ki,

İlahi bir eşqlə

Sevginə ibadətə oturdum

o gündən

İllərin necə ötdüyündən xəbərsiz,

Daha

Allahsız kimiyəm

Mən sənsiz!!!