Elşən Əzim- OLDU

Ədəbiyyat 08:36 / 17.11.2025 Baxış sayı: 944

Mənim dediyimə kimdi bənd olan?

Oldumu dediyi fələyin? Oldu.

Sevdiyim olmadı Allaha bəndə,

Hardasa göylərin mələyi oldu.

 

Yolum daş misalı dizə toxundu,

Ağlıma mey dəydi, məzə toxundu.

Ömrüm ilmə kimi sözə toxundu,

Kiminsə qınağı, gileyi oldu.

 

Zülmətə qərq oldum, şama çatmadım,

Ha uçdum, yüksəldi səma, çatmadım.

Özüm şair olub kama çatmadım,

Taleyim bir şair taleyi oldu.

15.11.2025