Şakir Xanhüseyn : - DÜNYA DEYİLƏN...

·
(SONET)
bu zillətxanada, zülmətxanada,
bu qürbətxanada, möhnətxanada,
bu talanxanada, taracxanada,
bir tikə çörəyə möhtacxanada,
hər cür çətinliyə məhkumxanada,
hamıya bəlli bu məlumxanada-
bu yalanxanada, böhtanxanada,
bu onu, o bunu satanxanada,
biri-birlərini qıranxanada--
DÜNYA DEYİLƏN BU VİRANXANADA--
bu dəhşətxanada, əzabxanada,
əlsiz-ayaqsızı minçapxanada--
bir xeyir gözləmə bu şərxanada,
ancaq zoru sevən bu zorxanada...