Sabir Zəkullaoğlu : -  Qaniçən imperiya ...

 

YAZARLAR 08:32 / 28.12.2024 Baxış sayı: 930

 

Tarix boyu rus imperiyası qədər bizi məhrumiyyətlərə məruz qoyan, mədəniyyətimizə, tariximizə, tarixi abidələrimizə, təhsilimizə, əlifbamıza, ərazi bütövlüyümüzə, milli və mənəvi dəyərlərimizə təcavüz edən ikinci bir dövlət, bəşər tarixində indiyə kimi heç yerdə rast gəlinməyib.

Rus imperiyası təkcə torpaqlarımızı işğal etməklə kifayətlənməyib. İmperiya hətta bizim tarixi torpaqlarımız üzərində Ermənistan adlı bir dövlət də yaratmışdır. Üstəlik bu əməli ilə bizi qardaş Türkiyə ilə birbaşa kantaktdan məhrum etmiş, Naxçıvanı da anklav ərazi statusuna məruz qoymuşdur.

Bu məsələyə daha geniş yanaşsaq, Ermənistan adlı bufer zona yaratmaqla bütövlükdə türk dünyasını parçalamaq missiyası kimi bir irtica lahiyəni həyata keçirmişdir.

Gülüstan və Türkmənçay müqaviləsi əsasında ölkəmizi Araz çayı boyunca ikiyə parçalamış, əsrlər boyunca millətimizin sərvətini və qanını sormuşlar.

Şimaldan Dərbəndi özlərinə peşkeş etmişlər. Borçalını da Gürcüstana..

Ürəkləri soymamış, üstəlik Göyçə və Zəngəzuru da yenidən Ermənistana birləşdirmişlər.

Bir əsrdə dörd dəfə əlifbamızı dəyişməklə elmi və bədii ədəbiyyatımıza misilsiz zərbələr vurublar. Bütövlükdə elmi və bədii ədəbiyyat bazası məhv edilmişdir.

Sovetlər birliyi dağılan dönəmdə, özünün yaratmış olduğu süni konfliktdən istifadə edən rus imperiyası 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Azərbaycan xalqına qarşı ən qəddar cinayətlərindən biri 20 Yanvar hadisəsini həyata keçirdilər ki, bu faciə xalqımızın qan yaddaşına həkk olundu. Mixail Qorbaçovun başçılığı ilə Sovet rejimi Bakıda əsl qətliam törədib – yerli və mərkəzi hökumətdən Qarabağ münaqişəsinin ədalətli həllini tələb edən dinc əhalidən qisas aldilar.

Qəddar rus imperiyası növbəti iyrənc planını reallaşdıraraq Qarabağ və onu ətrafında yeddi rayonu 30 ilə yaxın bir müddətdə əsarətdə saxladılar.

Ermənilərlə əlbir olaraq Xocalı soy qrımı kimi bir müsibəti millətimizin başına gətiriblər.

Hansı ki, tarix hələ belə müsibəti görməmişdi..

Saymaqla qurtarmaz...

Bəşər tarixində rus imperiyası qədər iyrənc, amansız, qəddar, qansız ikinci bir rejimə hələ təsadüf edilməyib.