MUSİQİ DİLİDİR, ŞEİR DİLİDİR - yazdı Idris Babayev

Kim neçə dil bilir, Mənə nə var ki,
İngilis, fransız ya da rus dili.
Kimsə lap Süleyman peyğəmbər kimi,
Öyrənib özüyçün, bilir Quş dili.
Mən bir dil öyrəndim, tək ana dili,
O dil, nə göy dili, nə yer dilidir,
Hamının bildiyi, başa düşdüyü,
Musiqi dilidir, şeir dilidir.
Bu günah nə sənin nə mənimkidir,
Pəpə yox danışıb, dinməyənlərə.
Hayıf ki, bu Vətən meydan olubdur,
Öz ana dilini bilməyənlərə.
03.04.2025